Ukrayna prezidenti Volodimir Zelenski yeni müraciətini yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Ukraynaya məxsus Telegram kanallarında yer alıb.
"Rus ordusu bizi özünə tabe edə bilməz. Onların elə gücü yoxdur. Belə ruha sahib deyillər. Onlar yalnız zorakılığa, terrora arxalanırlar, çoxlu silahlara sahibdirlər. Normal yaşamaq üçün heç bir təbii əsasları yoxdur, həyatı normallaşdırmağa qadir deyillər. Rusiya hansı yad ölkəyə gəlibsə, arzular həyata keçmir", deyə o, qeyd edib.
Bizim.Media