Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçildi

Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçildi

Hazırda oxunan: Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçildi

64302

Ukrayna məhkəməsi RT (keçmiş “Russia Today”) telekanalı və “Sputnik” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat verib.

“Ukrayna prokurorları yaxın günlərdə şübhəlinin beynəlxalq axtarışa verilməsi prosesinə başlamaq niyyətindədir”, - deyə o vurğulayıb.
 

Qeyd edək ki, erməniəsilli jurnalist Marqarita Simonyan Vladimir Putin hakimiyyətinin beynəlxalq səviyyədə baş təbliğatçılarından sayılır. Baş redaktor Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini dəstəkləyərək təbliğ etdiyinə görə Avropa İttifaqına girişi yasaqlanıb.

Xatırladaq ki, daha öncə Ukrayna Baş Prokurorluğu bir sıra tanınmış rusiyalılara, o cümlədən müğənni Nikolay Baskov, kinorejissor Nikita Mixalkov, müğənni Oleq Qazmanov, teleaparıcı və mediamenecer Tina Kandelakiyə qarşı analoji addımlar atıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO