Ukrayna neytral statusa razılaşdı – Bu şərtlə  

Ukrayna neytral statusa razılaşdı – Bu şərtlə  

Hazırda oxunan: Ukrayna neytral statusa razılaşdı – Bu şərtlə  

64229

“Biz neytral statusa razıyıq, amma ciddi təhlükəsizlik zəmanəti tələb edirik”. 

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva CNN-ə müsahibəsində bildirib. 

“Zelenski həmkarı Putinlə birbaşa danışıqlara hazırdır. Lakin danışıqlar zamanı heç bir güzəşt olmayacaq. Martın 10-da Antalyada keçirilən üçtərəfli görüşdə heç bir irəliləyiş olmadı. Müharibənin dayandırılması, atəşkəsin elan edilməsi, rus qoşunlarının Ukraynadan çıxarılması yalnız bir nəfərdən - Putindən asılıdır. Zelenski diplomatik həll yoluna hazır olsa da, bu barədə nə Putindən, nə də onun müşavirlərindən razılıq almamışıq”, - deyə o qeyd edib. 

İ.Jovkva bildirib ki, əldə olunmuş razılıqlara əməl edilmir:

“Ruslardan eşitdiyimiz son fikir nümayəndə heyətləri çərçivəsində müzakirələrin davam etdirilməsidir. Hərçənd indiyədək əldə olunmuş razılıqlara da əməl olunmur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO