Leonid Kuçma səssizliyini pozdu: “Ukrayna heç vaxt Rusiya olmayacaq”

Leonid Kuçma səssizliyini pozdu: “Ukrayna heç vaxt Rusiya olmayacaq”

Hazırda oxunan: Leonid Kuçma səssizliyini pozdu: “Ukrayna heç vaxt Rusiya olmayacaq”

64228

“Ömrüm boyu heç vaxt bu günlər qədər qürur, ağrı və qəzəb hiss etməmişdim”.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın ikinci prezidenti Leonid Kuçma açıqlama verib.  

Sabiq prezidentin mətbuat katibi Darka Olifer bu barədə “Facebook” hesabında paylaşım edib.

“Mən Ukraynada evdə qalıram, çünki hamımız öz doğma torpağımızdayıq, başqası yoxdur. Biz hamımız birlikdə qələbəyə qədər onu qoruyacağıq. Partiyalara bölünmədən, şəxsi maraqlar və köhnə çəkişmələr olmadan. Bayraq, Ordu, Prezident ətrafında birləşməliyik”, - deyə Kuçma qeyd edib.  

“Yenilməzlik və fədakarlığa hazır olmaq hər zaman qəlbimizdə yaşayır. Bu, eynilə vulkan püskürməsi kimidir: oyanmaq çətindir, amma dayanmaq mümkün deyil. Xalqımız vətəni üçün ayağa qalxanda heç kim onu saxlaya bilməz”, - Kuçma əlavə edib.  
O bildirib ki, Ukrayna Rusiya deyil: “Heç vaxt da Rusiya olmayacaq. Biz artıq qalib gəlirik və onu dayandırmaq olmaz. Rusiyaya isə ancaq bunu deyə bilərəm: lənət olsun sənə”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO