Amerikanın “Meta” şirkəti “Facebook” və “Instagram”da Rusiyaya qarşı zorakılıq çağırışlarına icazə verib.
Bizim.Media xəbər verir ki, Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteynin sözlərinə görə, Roskomnadzor (RKN) şirkətə məlumatı rəsmən təsdiq və ya təkzib etmək üçün sorğu göndərib.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də “Meta”ya qarşı dərhal prokurorluq tədbirlərinin görülməli olduğunu vurğulayıb.
"Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin Rusiya Federasiyasının Baş Prokuroruna və İstintaq Komitəsinə müraciət hazırlaması və dərhal cavab tədbirləri görmək barədə tapşırıq vermək düzgün olardı. Bu, informasiya müharibəsidir. Bu, müharibədir. Ölkəmizin ərazisində fəaliyyət göstərən Amerika platformalarından istifadə edərək xüsusi olaraq Rusiya vətəndaşlarımıza qarşı yönəldilib”, - deyə Volodin bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:45 / 11.03.2022
Rusiyaya qarşı zorakılıq çağırışlarına İCAZƏ VERİLDİ - “Facebook” və “Instagram”da
Hazırda oxunan: Rusiyaya qarşı zorakılıq çağırışlarına İCAZƏ VERİLDİ - “Facebook” və “Instagram”da
Hazırda oxunan: Rusiyaya qarşı zorakılıq çağırışlarına İCAZƏ VERİLDİ - “Facebook” və “Instagram”da
64217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.