Tramp milyonlarla amerikalının pulunu kəsir

Tramp milyonlarla amerikalının pulunu kəsir

Hazırda oxunan: Tramp milyonlarla amerikalının pulunu kəsir

6419

ABŞ prezidenti Donald Tramp pandemiya ilə bağlı əhaliyə yardım üçün 2.3 triliyonluq vəsait ayrılmasını nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.

Bizim.Media "Reuters" ə istinadən xəbər verir ki, buna səbəb kimi Tramp ayrılacaq məbləğin az olmasını göstərib.

Tramp bildirib ki, adambaşına veriləcək birdəfəlik məbləğin 600 dollar olması azdır. Dünyadakı məsələlərin həllinə həmişə kifayət qədər pul ayrıldığını söyləyən prezident öz xalqının problemi üçün eynu təəssübkeşliyi vacib sayıb. O, adambaşı 2000 dollar ayrılmasını təklif edib.

"Biz vətəndaşımıza niyə 2000 dollar verməyək ki, 600 dollar onların problemin həll etməz",- deyə Tramp tvitter hesabında paylaşım edib.

ABŞ-ın Əmək Departamentinin məlumatına görə, Trampın imzası olmazsa təxminən 14 milyon insan bu yardımlardan mərhum olacaq.

Vüqar Ağamalıoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO