Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham etdi

Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham etdi

Hazırda oxunan: Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham etdi

64186

Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib. 

“Hindistandan atılan raket Pakistan ərazisinə düşüb. Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası təqdim olunub” – deyə məlumatda qeyd edilib. 

Həmçinin Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrini nəzərə alması və gələcəkdə bu cür pozuntuların təkrarlanmaması üçün tədbirlər görməsi barədə xəbərdarlıq edilib. 
Hindistan tərəfi hələlik bu xəbərlərə rəsmi münasibət bildirməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO