Türkiyədə sərnişin avtobusu aşdı: 4-ü ağır olmaqla 20 yaralı var - VİDEO

Türkiyədə sərnişin avtobusu aşdı: 4-ü ağır olmaqla 20 yaralı var - VİDEO

Hazırda oxunan: Türkiyədə sərnişin avtobusu aşdı: 4-ü ağır olmaqla 20 yaralı var - VİDEO

64168

Sivasın Kangal rayonunda sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “hurriyet.com.tr” saytı yayıb.

Mənbə qeyd edir ki, qəza gecə saat 02:00 radələrində Sivas-Malatya magistral yolunun Abdalboğan hissəsində meydana gəlib.

Zonguldakdan Batmana gedən və “Tokat Yıldızı” şirkətinə məxsus olan 60 DN 001 nömrəli sərnişin avtobusu qara görə yolda sürüşüb və  idarəetmədən çıxaraq aşıb. 

Sağlamlıq, polis və jandarma qrupları xəbərdarlıqla hadisə yerinə sövq edilib. Qəza nəticəsində avtobusda olan 20 nəfər xəsarət alıb. Yaralılar Sivas və Malatyada müxtəlif xəstəxanalarda müalicə alırlar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO