ABŞ müəyyən etnik qruplara təsir edən bioagentlər yaratmaq istəyir

ABŞ müəyyən etnik qruplara təsir edən bioagentlər yaratmaq istəyir

Hazırda oxunan: ABŞ müəyyən etnik qruplara təsir edən bioagentlər yaratmaq istəyir

64104

ABŞ və onun müttəfiqlərinin vəzifələrindən biri müxtəlif etnik qrupları, xüsusən də slavyanları selektiv şəkildə yoluxdura bilən bioagentlərin yaradılmasıdır. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji (RCB) mühafizə qoşunlarının rəhbəri İqor Kirillov ABŞ-ın Ukraynadakı hərbi bioloji fəaliyyəti ilə bağlı sənədlərin təhlilinin nəticələrinə dair brifinqdə deyib. 

“Qərb dövlətlərinin nümayəndələri öz biomateriallarının köçürülməsinə son dərəcə ehtiyatla yanaşırlar, eyni zamanda Ukraynanın müxtəlif vilayətlərinin sakinlərindən sırf slavyan etnik qrupuna aid olan külli miqdarda qan zərdabları xaricə köçürülüb” – deyə Kirillov qeyd edib. 

Bununla yanaşı o bildirib ki, daxil olan materialların tədqiqi Xarkovdakı bioloji laboratoriyadan xaricə yarasaların ektoparazitləri olan 140-dan çox qabın köçürülməsi faktını təsdiqləyir.  

“Ukraynanın bioloji laboratoriyalarında bütün yüksək riskli tədqiqatlar ABŞ-dan olan mütəxəssislərin rəhbərliyi altında aparılıb. Bunu Ukraynada Krım-Konqo hemorragik qızdırması virusu və hantavirusların öyrənilməsinə yönəlmiş UP-8 layihəsi üzrə təhlil edilmiş materiallar sübut edib”.

Kirillov bildirib ki, yarasalardan insanlara keçən patogenlərin tədqiqi ABŞ-ın nəzarətində olan Ukrayna laboratoriyaları, Gürcüstan laboratoriyası və Amerika institutu ilə birlikdə aparılıb:

“Prioritetlər arasında yarasalardan insanlara keçə bilən bakterial və viral patogenlərin: taun, leptospiroz, brusellyoz, həmçinin koronavirus və filovirusların tədqiqi var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO