Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA  

Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA  

Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA  

63990

Qırğızıstan ilə Tacikistan arasındakı dövlət sərhədində silahlı insident olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin informasiya və kommunikasiya idarəsi məlumat yayıb.

Bildirilib ki,martın 10-da səhər saatlarında Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayəti Batken rayonun Teskey məntəqəsində sərhədin müəyyən edilməyən hissəsində növbə çəkərkən qarşı tərəfin sərhədçiləri əvvəllər hərəkət etdikləri marşrutu dəyişib.

Tacikistan hərbçiləri Qırğızıstan sərhədçilərindən ərazini tərk etməyə çağırış ediblər. Ancaq qarşı tərəf bu müraciətə məhəl qoymayıb.

Tacikistan hərbçiləri onlara atəş açıb. Atışma 10 dəqiqə davam edib.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi qeyd edib ki, Teskey sərhədin müəyyən edilməyən hissəsi olsa da oradan faktiki olaraq qırğızlar istifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO