Əfqanıstan prezidentinin birinci müavini general Abdul Rəşid Dostum ölkənin şərqindəki Farah vilayətində Taliban terror təşkilatı ilə döyüşən və daha sonra 25 talibi öldürən anaya göstərdiyi cəsarətə görə Malalay medalını təqdim edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Əfqanıstanın qərbindəki Farah vilayətində yaşayan Rəzə Gül polis olan oğlunun Taliban tərəfindən öldürülməsindən sonra gəlini və kiçik yaşda qızı ilə birlikdə əllərinə silah alaraq Taliban ilə müharibəyə gedib və 25 terrorçunu öldürüb. Dostum Rəzə Gülü ailəsi ilə birlikdə sarayına dəvət edib. Gülə göstərdiyi şücaətə görə Malalay medalından əlavə böyük məbləğdə pul yardımı edib.


































































































