ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“ABŞ, əlbəttə ki, Rusiyaya iqtisadi müharibə elan edib və onlar bu müharibəni aparırlar. Bəli, de-fakto belədir", - Peskov qeyd edib.
Peskov bildirib ki, ABŞ-ın Rusiya enerji daşıyıcılarını almaqdan imtina qərarı Moskva tərəfindən ciddi şəkildə nəzərdən keçiriləcək, lakin Rusiya Federasiyası bu vəziyyətdə ona nə sərf edirsə, onu edəcək:
"Həqiqətən, vəziyyət çox, çox dərin təhlilə layiqdir. Rusiya nə edəcək? Rusiya ona lazım olanı edəcək, bu vəziyyətdə ona nə faydalıdırsa, onu. Biz öz maraqlarımızı qoruyuruq, öz maraqlarımıza tam uyğun olaraq hər şeyi edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:46 / 09.03.2022
ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır – Peskov
Hazırda oxunan: ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır – Peskov
Hazırda oxunan: ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır – Peskov
63861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.