Ərdoğan: “Ukraynada baş verənlər vicdansızlığın göstəricisidir”

Ərdoğan: “Ukraynada baş verənlər vicdansızlığın göstəricisidir”

Hazırda oxunan: Ərdoğan: “Ukraynada baş verənlər vicdansızlığın göstəricisidir”

63854

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövrümüzün böhranlarına və müharibələrinə qarşı dura bilməyən beynəlxalq strukturları tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.

“Beynəlxalq strukturların, o cümlədən BMT Təhlükəsizlik Şurasının reaksiyası yalnız bəyanatlarla məhdudlaşır. Ayıbdır!", deyə Ərdoğan bildirib. 

Türkiyə liderinin sözlərinə görə, missiyası dünyanın təhlükəsizliyini və sabitliyini qorumaq olan beynəlxalq strukturlar bütöv xalqların faciələrinə biganə qalır.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ukrayna hadisələri “ikili standartlar” siyasətinin növbəti təzahürünə çevrilib.

“Türkiyə Ukrayna ilə Rusiya Federasiyası arasındakı böhranın faciəyə çevrilməməsi üçün çox səy göstərdi. Eyni zamanda, Ankaranın dövlətlərin bütövlüyü və suverenliyini dəstəkləmək kursu dəyişməz olaraq qalır. Türkiyə Ukraynadakı döyüşlərə son qoymaq üçün yenə də səy göstərir və Ukraynada uzunmüddətli atəşkəsə ümid edir. Ankara balanslaşdırılmış siyasət yürüdür, dialoq kanallarını Moskva və Kiyev üçün açıq qoyur”, - Ərdoğan vurğulayıb.

Türkiyə lideri xəbərdarlıq edib ki, müharibə davam edərsə, 5-10 milyon insan Ukraynanı tərk edəcək.

Prezident Ərdoğan Türkiyə, Rusiya Federasiyası və Ukrayna xarici işlər nazirlərinin martın 10-da Antalyada keçirilməsi planlaşdırılan üçtərəfli görüşünü “əhəmiyyətli hadisə” adlandırıb. 

“Bu gün hərbi əməliyyatların 14-cü günüdür. Ukraynada baş verənlər vicdansızlığın göstəricisidir. Ukraynadakı dramlara baxmayaraq, Qərb ölkələri heç bir real addım atmır. Sadəcə nə məsləhət görürlərsə, onu edirlər. Ukrayna dəstəksiz qalıb”, - Ərdoğan bildirib.

O, bu müharibədə qaliblərin olmayacağını vurğulayıb. 

“Məsələ Ukrayna və Rusiya tərəfindən diplomatiya yolu ilə həll edilməlidir”, - deyən Türkiyə lideri Dmitri Kuleba ilə Sergey Lavrov arasında sabahkı görüşün uzunmüddətli atəşkəs üçün “qapıları açacağına” ümid etdiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO