Həyatını kainatın sirrini həll etməyə həsr edən məşhur İngilis astrofizik Stefen Havkinq, süni zəkanın bəşəriyyətin sonunu gətirə biləcəyi xəbərdarlığını edib.
O, BBC-yə etdiyi şərhdə, düşünən maşınlar hazırlamaq üçün edilən cəhdlərin insan irqinin varlığını təhlükəyə atdığını deyib.
İndiyə qədər inkişaf etdirilən primitiv süni zəka növlərinin son dərəcə faydalı olduğuna işarə edən Havking, "İnsanın zəkasını keçə biləcək bir şey yaratmaq, çox ciddi nəticələrə yol aça bilər. Süni zəka, öz-özünü inkişaf etdirməyə davam edə bilər və hətta özünü yenidən formalaşdıra bilər. Son dərəcə yavaş bioloji təkamüllə məhdud olan insanlar, bu cür qüvvəylə yarışa bilməz. Süni zəka, yer üzündə insan irqinin sonunu gətirə bilər "deyib.
Movqe.az xəbər verir ki, kainatın mənşəyi və qara dəlilərlə əlaqədar kitabları dünya səviyyəsində tanınan Havking, insanların etdiyi bəzi işlərin ağıllı maşınlara həvalə olunmasının milyonlarla insanın işsiz qalmasına yol açaraq fərqli bir böhrana yol aça biləcəyinə də işarə edib.
İnternetin təhlükələrinə də toxunan Havking, internet şirkətlərinin, ifadə azadlığı və şəxsi həyatın qorunması qanunlarını qoruyaraq internetin meydana gətirdiyi təhdidləri aradan qaldırmağın bir yolunu tapmasının lazım olduğuna diqqət çəkib.
Kembric universitetində tələbə olan vaxt tutulduğu motor neyron xəstəliyi Amyotrofik Lateral Skleroz (ALS) səbəbiylə hərəkət edə və danışa bilməyən Havking, ünsiyyət qura bilmək üçün kompüter texnologiyalarından faydalanır.
Havkinqin "Zamanın Qısa Tarixi" adlı kitabı, dünya daxilində 10 milyondan çox satmışdı.
ALS, beyin ilə onurğa iliyidə olan və əzələləri idarə edən sinir hüceyrələrinə zərər verir. Hələ müalicəsi olmayan ALS-yə tutulan xəstələrin yalnız çox kiçik qismi, 10 ildən uzun müddət yaşayır.





























































































