Kilsə 400 ildən sonra cadugərlərdən üzr istədi. Bunu ik dəfə Alman Katolik Kilsəsi edib. O, 400 ildən sonra "cadugərləri" yandırdığına görə üzr istəyib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniyada, Ayştet Katolik Kilsəsi, 400 illik sükutdan sonra bu addımı atıb.
XV-XVIII əsrlərdə Bavariya şəhərində yüzlərlə insan cadugərlik şübhəsiylə işgəncəyə məruz qaıbı və vəhşicəsinə öldürülüb.
Ayştet Katolik Kilsəsi bu əməllərinə görə, 400 il keçdikdən sonra peşman olduqlarını dilə gətirib. Şəhərin arxiyepiskopu Qregor Maria Franz Hanke, o illərdəki hadisələri "kilsə tarixinin qanlı yaddaşı" adlandırıb. Bu səbəblə kilsə qurbanlarının xatirəsinə ithafən lövhələr quraşdırılacaq.
Ümumilikdə, indiyə qədər Avropada cadugərlik şübhəsiylə təxminən 60 min insan edam edilib, bunlardan 25 mini Almaniya ərazisində baş verib. Qurbanların əksəriyyəti qadınlar idi, lakin ölənlər arasında kişi və uşaqlar da olub.
2011-ci ildə keşiş Hartmut Hegelerin təşəbbüsü ilə Almaniyada "cadu ovu" qurbanlarına bəraət verildi.
Köln və Leypsiq də daxil olmaqla 50-dən çox Alman şəhərinin rəhbərliyi, cadugərlik ittihamı ilə edam edilənlərə ölümündən sonra bəraət verib. Onların şərəfinə xatirə lövhələri və abidələr qoyulub, adları bəzi küçələrə verilib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:00 / 26.12.2020
Avropa 60 min cadugəri edam edib... üzr istədi
Hazırda oxunan: Avropa 60 min cadugəri edam edib... üzr istədi
Hazırda oxunan: Avropa 60 min cadugəri edam edib... üzr istədi
6374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.