“Rusiya Kiyev qarşısında hər hansı yeni ərazi tələbi irəli sürmək niyyətində deyil”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reuters agentliyinə müsahibəsində bildirib.
"Biz faktiki olaraq Ukraynanın demilitarizasiyasını başa çatdırırıq. Amma ən başlıcası Ukraynanın hərbi əməliyyatlarını başa çatdırmasıdır. O zaman heç kim atəş açmayacaq", - Rusiya liderinin mətbuat katibi əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna NATO-ya qoşulmaq məqsədini rədd etməlidir - PESKOV
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak daha əvvəl deyib ki, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu bazar ertəsi Moskva vaxtı ilə saat 17:00-da keçiriləcək.
TASS müxbirinin daha əvvəl verdiyi məlumata görə, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün artıq Belovejskaya Puşaya (Belarus) gəlib.
Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb.
Bizim.Media