Xarkovda itkin düşən azərbaycanlı bacılar bibisinin yanındadır - YENİLƏNİB

Xarkovda itkin düşən azərbaycanlı bacılar bibisinin yanındadır - YENİLƏNİB

Hazırda oxunan: Xarkovda itkin düşən azərbaycanlı bacılar bibisinin yanındadır - YENİLƏNİB

63533

Ukraynada itkin düşdüyü deyilən tələbə bacılarla bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızının ailə yaxınları məlumat yayıb.

Mənbə qeyd edib ki, bu məlumatın sosial şəbəkədə kim tərəfindən paylaşıldığını bilmirlər, lakin qızlar Ukraynada bibisinin yanındadılar:

“Həmin qızlar itkin düşməyib, hər ikisi bibisinin yanındadırlar. Hazırda Ukraynanın Mariupol şəhərindədirlər. Onlar da zirzəmiyə yığılıblar, təxliyə olunmağı gözləyirlər. Heç kim itkin düşməyib. Sonuncu dəfə anası onlarla danışıb.

Qızların ata-anası Azərbaycana toya gəlmişdilər. Ukraynada bu hadisələr başladı deyə valideynləri geri qayıda bilmədilər. Qızların şəkillərinin paylaşılması ailəsinə pis təsir edir. Xahiş edirik, belə məlumatlar paylaşılmasın”.

12:15 ***

Azərbaycanlı tələbələr Aysu və Səma Sadıqovalar Ukraynanın Xarkov şəhərində yoxa çıxıblar. 

Bizim.Media xəbər verir ki, Xarkovda yaşayan və onları tanıyan azərbaycanlılardan qızlarla bağlı hər hansı bir xəbər olarasa, anasına bildirmələri xahiş olunur.

Tələbə bacıları görənlər +380 98 915 05 23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO