Rəsmi Vaşinqton NATO ölkələrinə Ukraynaya döyüş təyyarələri vermək üçün “yaşıl işıq” yandırıb.
Bizim.Media xəbər verir ki, ABŞ mətbuatı bu informasiyanı dövlət katibi Entoni Blinkenin açıqlamalarına istinadən yayıb.
ABŞ dövlət katibi “yaşıl işıq”la bağlı bu fikirləri səsləndirib:
“Onlarda (NATO-ya üzv ölkələr) artıq aviasiyaya görə yaşıl işıq var. Fakt odur ki, biz hazırda polşalı dostlarla danışırıq ki, öz döyüş təyyarələrini ukraynalılara tədarük etmək qərarına gəlsələr, müdafiələri əziyyət çəkməsin. Onlarla aktiv müzakirələr aparırıq”.
Bizim.Media