Kuleba: “52 ölkədən 20 min əcnəbi döyüşçü Ukraynaya gəlir”

Kuleba: “52 ölkədən 20 min əcnəbi döyüşçü Ukraynaya gəlir”

Hazırda oxunan: Kuleba: “52 ölkədən 20 min əcnəbi döyüşçü Ukraynaya gəlir”

63451

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bildirib ki, dünyanın 52 ölkəsindən əcnəbi döyüşçülər Ukraynaya göndərilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı UNIAN agentliyi yayıb.

“Belə vətəndaşların müraciətləri hazırlanır, dünyanın azad insanlarının səfərbər olması sadəcə heyrətamizdir. Bu gün bizə dünyanın 52 ölkəsindən təcrübəli veteranlar, könüllülər göndərilir. Bu, onların öz arzularıdır. Biz onları işə götürməmişik, heç bir şəkildə stimullaşdırmırıq”, - Kuleba vurğulayıb.

O, həmçinin bildirib ki, Ukraynanın müdafiəsi üçün silaha sarılmağa hazır olan əcnəbilərin müraciətlərinin ümumi sayı 20 minə yaxınlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO