Nur-Sultanda Azərbaycan məhsulları satılan mağaza fəaliyyətə başladı

Nur-Sultanda Azərbaycan məhsulları satılan mağaza fəaliyyətə başladı

Hazırda oxunan: Nur-Sultanda Azərbaycan məhsulları satılan mağaza fəaliyyətə başladı

63443

Qazaxıstanın paytaxtı Nur-Sultanda "Azərbaycan Ticarət Evi" MMC-nin nəzdində “NARSARAB” brendi ilə fəaliyyət göstərən Azərbaycan məhsullarından ibarət mağazanın açılışı olub.

Bizim.Media xəbər verir ki, Qazaxıstanda "Azərbaycan Ticarət Evi" MMC-nin nümayəndəsi Xəyyam Abbasov AZƏRTAC-a bildirib ki, bu cür ticarət məntəqələri “Made in Azerbaijan” brendinin Qazaxıstan bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi istiqamətində fəaliyyət göstərir, satışı təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir.

Azərbaycan məhsullarının satışını həyata keçirən mağazada ölkəmizdən 15 istehsalçının 100-ə yaxın müxtəlif məhsulları - meyvə şirəsi, kompotlar, mineral sular, zeytun, çay, meyvə-tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq, kosmetika məhsulları və sair satılır.

X.Abbasov yaxın zamanlarda Qazaxıstanın paytaxtında daha 2 mağazanın və Almatıda da 2 mağazanın açılacağını, bundan başqa Kostanay, Petropavlovsk, Atırau şəhərlərində də mağazaların açılmasının planlaşdırıldığını vurğulayıb.

"Azərbaycan Ticarət Evi" MMC fəaliyyətinin və məhsullarının əlçatanlığının artırılması məqsədilə Qazaxıstanın bütün iri şəhər və vilayət mərkəzlərində satış məntəqələrini genişləndirir.

Hazırda satış nöqtələri Nur-Sultan, Aktau, Karaqanda şəhərlərində fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ötən il mayın 25 də Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin rəsmi açılışı olub.

Qeyd edək ki, Bakıda da “Qazaxıstan Ticarət Evi” fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO