“Ruslar həmişə Odessaya gəliblər, indi isə bombalamağa hazırlaşırlar” – Zelenskidən SOS siqnalı

“Ruslar həmişə Odessaya gəliblər, indi isə bombalamağa hazırlaşırlar” – Zelenskidən SOS siqnalı

Hazırda oxunan: “Ruslar həmişə Odessaya gəliblər, indi isə bombalamağa hazırlaşırlar” – Zelenskidən SOS siqnalı

63432

Rusiya hərbçiləri Odessanı bombalamağa hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da Ukrayna Prezidentinin İşlər İdarəsinin YouTuve kanalında yayımladığı videomüraciətində deyib.

Ukrayna dövlətinin başçısı bildirib ki, dindirilmə zamanı əsir düşən rus əsgərləri Rusiya komandanlığının planlarından danışıblar: “Bu da döyüş əməliyyatlarının əvvəlcədən planlaşdırıldığını göstərir”.

"Onlar Odessanı bombalamağa hazırlaşırlar. Odessanı! Ruslar həmişə Odessaya gəliblər, burada yalnız hərarət, səmimilik hiss ediblər. Bəs indi nə olub? Odessaya bomba atacaqlar, artilleriya ilə zərbə endirəcəklər, raket atacaqlar. Bu, müharibə cinayəti, tarixi cinayət olacaq." - Ukrayna prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO