Ukrayna Silahlı Qüvvələri rus ordusunun Kiyev və Xarkov istiqamətində irəliləyişini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Nikolayevdən geri çəkilib.
Reznikov iddia edir ki, rus qoşunları arasında narazılıq və demoralizasiya, döyüşmək istəməməsi halları getdikcə artır.
“Müəyyən istiqamətlərdə Ukrayna ordusu əks-hücumlara başlayır, düşmən onlarla texnikasını itirir, sadəcə atıb qaçırlar. Beləliklə, avtomobil parkımızı doldururuq”, - Reznikov bildirib.
O, Ukraynanın itkilərinin olduğunu da qeyd edib.
"Düşmən müqavimət göstərir, lakin biz humanitar dəhlizləri təmin etmək, insanlarımızı atəşdən uzaq tutmaq, humanitar yardımın daşınmasını təmin etmək üçün əlimizdən gələni edirik", - deyə Ukraynalı nazir yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:16 / 06.03.2022
Ukrayna Rusiya ordusunun Kiyev və Xarkova hücumunu dayandırdı
Hazırda oxunan: Ukrayna Rusiya ordusunun Kiyev və Xarkova hücumunu dayandırdı
Hazırda oxunan: Ukrayna Rusiya ordusunun Kiyev və Xarkova hücumunu dayandırdı
63416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.