Rusiya Prezidenti Vladimir Putin üçüncü tərəfi Ukraynada qeyri-uçuş zonası yaratmaqdan çəkinməyə çağırıb.
Bizim.Media xəbər verir ki, o, bunun müharibə zonasının genişlənməsinə səbəb olacağını deyib:
“Rusiya Ukraynada qeyri-uçuş zonasının yaradılması barədə qərar verən istənilən ölkəni münaqişə tərəfi hesab edəcək”.
Rusiya lideri nüvə qüvvələrinin xüsusi döyüş növbətçiliyinə keçməsi ilə bağlı qərarını isə Böyük Britaniya xarici işlər naziri Liz Trasın açıqlamalarından sonra verdiyini əlavə edib.
Bizim.Media