Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları “Slavutiç” stansiyasında diversant saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisindən xəbər verilib.
“Şübhəli şəxs stansiyaya girmək istəyərkən ələ keçib. Onun əlindəki bağlamada F-1 qumbarası aşkar edilib” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, təxribatçını 7 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, metro stansiyasından vətəndaşlar üçün sığınacaq kimi istifadə edilir.
Bizim.Media
