Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağına əminəm.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “BBC”yə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bayden memorandum imzaladı - Ukraynaya təcili hərbi yardım göstəriləcək
“Əgər Moskva hansısa yolla hökuməti devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı buna qarşı çıxacaq.Müharibə artıq Putinin planlarına uyğun getməyib. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub. Putin yəqin ki, ukraynalıların belə “qeyri-adi möhkəmliyini” gözləmirdi” – deyə Blinken qeyd edib.
Onun sözlərinə görə,ABŞ hərbi əməliyyatlar tam dayandırılana qədər Rusiyaya təzyiqlərini davam etdirəcək.
Bizim.Media