Slovakiya təyyarələrini Ukraynaya verməyi planlaşdırmır

Slovakiya təyyarələrini Ukraynaya verməyi planlaşdırmır

Hazırda oxunan: Slovakiya təyyarələrini Ukraynaya verməyi planlaşdırmır

63238

Slovakiya öz təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırmır.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Martina Koval-Kakaşçikova açıqlama verib.

Qeyd edək ki, bundan əvvəl bir sıra Qərb KİV-ləri bəzi NATO-ya üzv ölkələrin Sovet istehsalı olan təyyarələrini Ukrayna silahlı qüvvələrinə verəcəkləri barədə məlumat yaymışdı.

O cümlədən, Bratislavadakı “Pravda” qəzetinin saytında yer alan məlumata görə, söhbət Polşadan 28, Slovakiyadan 12, Bolqarıstandan 16 MiQ-29 qırıcısının transferindən gedirdi.

Bundan əlavə, Bolqarıstandan daha 14 Su-25 qırıcısının da adı çəkilib. Ümumilikdə bu, təxminən 70 təyyarə idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO