Rusiyalılar bütün istiqamətlərdə itki verir - Ukrayna MN 

Rusiyalılar bütün istiqamətlərdə itki verir - Ukrayna MN 

Hazırda oxunan: Rusiyalılar bütün istiqamətlərdə itki verir - Ukrayna MN 

63079

Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook” hesabında məlumat paylaşıb. 

Bildirilib ki,Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb, ölən və xəsarət alan yoxdur. 

“Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar.
Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib. Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər” – deyə məlumatda qeyd edilib. 

Həmçinin Rusiya hərbi dəniz qrupunun dəniz bazalarından çıxarıldığı və rusiyalıların bütün istiqamətlərdə itki verdiyi vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO