Ukrayna parlamenti ölkəyə BMT sülhməramlılarını dəvət etdi

Ukrayna parlamenti ölkəyə BMT sülhməramlılarını dəvət etdi

Hazırda oxunan: Ukrayna parlamenti ölkəyə BMT sülhməramlılarını dəvət etdi

63037

Ukrayna Ali Radası BMT və digər beynəlxalq təşkilatlara ölkəyə sülhməramlılar göndərmək barədə müraciət edib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Ali Radanın bununla bağlı qərarı  BMT-nin "Sülh naminə birləşmə” qətnaməsinə əsaslandırılıb.

“Parlament BMT-yə, BQXK-ya, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara müraciət edilməsi ideyasını dəstəkləyib.

Ali Rada dünya ictimaiyyətindən BMT Baş Assambleyasının 3 noyabr 1950-ci il tarixli “Sülh naminə birləşmə” qətnaməsi əsasında Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini tələb edir”, - məlumatda deyilir.

Ukrayna Ali Radası BMT Baş katibindən münaqişənin həllində vasitəçilik etməyi xahiş edir", - deyə qərarda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO