“Müsəlman Qardaşlar”ı İsraillə münasibətlərdən imtina etdi

“Müsəlman Qardaşlar”ı İsraillə münasibətlərdən imtina etdi

Hazırda oxunan: “Müsəlman Qardaşlar”ı İsraillə münasibətlərdən imtina etdi

6290

Misirdəki Müsəlman Qardaşlar Təşkilatı (İhvan) İsrail ilə normallaşma cəhdlərini rədd etdiyini açıqlayıb.

Bizim.Media-nın xəbərinə görə, bununla bağlı təşkilat mətbuata açıqlama verib.

Məlumata görə, bu cəhdlər İsrailin leqallaşdırılmasına və fələstinlilərin hüquqlarının məhrum edilməsinə imkan yaradır:

“İsraillə hər cür normallaşma cəhdləri və yollarından imtina edirik. Kiminsə bu məsələyə qarışması, bizdən xahişi bunu dəyişdirməyəcək”, - deyə “Müsəlman Qardaşlar”ın açıqlamasında vurğulanıb.

Bəyanatda “İhvan”ın Fələstin xalqının haqlı işini dəstəkləməyə, paytaxtı Qüds olan müstəqil dövlətini qurmasına və torpaqlarını azad etməsinə dəstək mövqeyini davam etdirdiyi ifadə edilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 15 sentyabrda Ağ Evdə təşkil edilən mərasimdə İsrail ilə münasibətləri normallaşdırmaq üçün bir müqavilə imzalayıb.

Bu iki ölkə Misir və İordaniyadan sonra İsrail ilə normallaşma razılığına gələn üçüncü və dördüncü ərəb ölkələri idi. Daha sonra Sudan və Mərakeş də bu normallaşma prosesinə qatılıb.

Xatırladaq ki, “İhvan” Misir parlamentində 88 yerə sahib dini-siyasi təşkilatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO