Ukraynadakı Azərbaycan səfirliyi YENİ MƏLUMAT yaydı

Ukraynadakı Azərbaycan səfirliyi YENİ MƏLUMAT yaydı

Hazırda oxunan: Ukraynadakı Azərbaycan səfirliyi YENİ MƏLUMAT yaydı

62833

“Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələrə xahiş olunur”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir – XİN-dən açıqlama 


“Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycanın Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı Votsap nömrəsinə yaxud [email protected] elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən sənədin) surəti (fotoşəkli);

2) Hazırda yerləşdirildiyi ünvan;

3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq.

Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO