24 il əvvəlin SİRRİNİ açdı: “Mahnınımı oxudu və öldü”

24 il əvvəlin SİRRİNİ açdı: “Mahnınımı oxudu və öldü”

Hazırda oxunan: 24 il əvvəlin SİRRİNİ açdı: “Mahnınımı oxudu və öldü”

62828

1990-cı illərin tanınmış türk müğənnisi və musiqiçisi Tayfun Duyğulu ötən gün çıxış etdiyi televiziya proqramında uzun illərdən sonra mərhum müğənni Kerim Tekinlə bağlı kədərli xatirəsini etiraf edib.

Bizim Media xəbər verir ki, Tayfun sözü və musiqisi özünə məxsus olan “Kar Beyaz” mahnısının tarixçəsini danışıb. 

Tayfun Duyğulu “Həmin gün Kerim Tekin bizim evdəydi. “Kar Beyaz” mahnısı yeni yazmışdım.

Mahnını mızıldanmağa başladım. Kerim diqqətlə mahnıya qulaq asdı və məndən mahnını ona verməyimi istədi. Hətta mənə 20 dəqiqə yalvardı. Elə bil, bu mahnının kədərli tarixçəsi olacağını, həyatının yarımçıq qalacağını hiss etmişdi. Üzümə baxıb: “Mənə elə gəlir ki, avtomobil qəzasına düşəcəm. Təsəvvür elə ki, qəzaya düşüb ölürəm. Mən ölsəm, bu mahnının kaseti rekord satılacaq” - dedi. 

Sözləri mənə pis təsir etdi: “Sən çox yaşa, bu mahnı çox satılsın. Belə sözlər demə” söylədim. Qismətə baxın ki, həqiqətən də dediyi kimi oldu. 1998-ci ildə qəzaya düşüb, həlak oldu. “Kar Beyaz” ın satışı rekord həddə çatdı. 
24 il əvvəl baş verən kədərli xatirəni danışan Tayfu Duyğulu Kerimin anasının da onu bağışlamağını deyib:

“Dəfndə anası mənə dedi ki, kaş o mahnını oğluma verməzdin. “Kar Beyaz” oğlumun sonu oldu”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO