NATO-nun Ukraynadakı vəziyyətə hərbi müdaxilə planı yoxdur

NATO-nun Ukraynadakı vəziyyətə hərbi müdaxilə planı yoxdur

Hazırda oxunan: NATO-nun Ukraynadakı vəziyyətə hərbi müdaxilə planı yoxdur

62789

NATO Ukraynadakı vəziyyətə hərbi müdaxilə etməyəcək, bu, səhv olardı.  

Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz İsrailin baş naziri Naftali Bennetlə birgə mətbuat konfransında deyib.  

"Təhlükəli vəziyyət yaranıb, çünki bu, dünyanın ən böyük ölkəsi, nüvə fövqəldövləti olan Rusiya ilə Avropanın ikinci ən böyük dövləti arasında müharibədir.

Buna görə də bizim xəttimiz çox aydındır: biz hərbi müdaxilə etməyəcəyik – bu NATO-ya aiddir. O, bunu etməyəcək", - deyə kansler bildirib.  

Kansler qeyd edib ki, Almaniya Ukraynaya dəstək vermək və humanitar yardım göstərmək niyyətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO