Nuru söndürülənlər...

Nuru söndürülənlər...

Hazırda oxunan: Nuru söndürülənlər...

62770
"Azərenerji"dəki, "Sumqayıtelektrikşəbəkə"dəki, Abşeron İşıq İdarəsindəki "başbilənlər"!
Əgər Sizlərdə azacıq da olsa, Allah xofu, Allah qorxusu varsa, damarlarınızdan İnsan qanı axırsa, qəlbinizdə zərrə qədər də olsa, Vicdan hissi qalıbsa, qışın-sazağın günündə insanları işıqsız, çıraqsız qoymayın, insanların, kasıb-kusubun əsəbləri ilə oynamayın, onların onsuz da gərilmiş əsəblərini bir daha gərməyin. Yağışın yağması, küləyin əsməsi ilə yenə də Qobuda zülmət yaşanmaqdadır. Srağagün axşamdan bu gün səhət tezdənə (evdən 7-yə 5 dəqiqə qalmış çıxmışam) kimi Qobuda zülmətdir, 1 sutka yarım ərzində 8-ci dəfədir işıq sönür və ya söndürülür, "Azərenerji"dəki tanışıma və Abşeron İşıq idarəsinin rəisinə zəng vurmaqdan, mesaj yazmaqdan barmaqlarım "mazol" olub, srağagün axşamdan bu yana ən azı 9-10 dəfə mesaj yazmışam, telefonumda kontur qalmayıb...Bilin ki, bir gün Sizlərin də İşığınız, Çırağınız sönə, söndürülə bilər...Yaradanın qulları yox, özü tərəfindən!
"Azəryolservis"dəki, Bakının, Abşeronun yollarının təmirinə, asfaltlaşdırılmasna cavabdeh olan "bəyzadələr"!
Bakı və Abşeronun kənd və qəsəbədaxili yollarının təmiri, yenidənqurulması, bərpası ilə bağlı son iki il ərzində cənab Prezident tərəfindən dəfələrlə sərəncam verilib, külli-miqdarda vəsait ayrılıb...Amma Qobunun qəsəbədaxili yolları hələ də it günündədir. Yalandan-palandan qəsəbənin (adamın qəsəbə deməyə dili gəlmir) mərkəzi küçəsini asfaltlaşdırmaqla işinizi bitmiş saydınız, amma qəsəbədaxili küçələrdə yerimək, addım atmaq belə mümkün deyil, palçıq, zığ dizə çıxır, yenə də əlimizdə ayaqqabı ora-bura vurnuxuruq, köhnə, palçıqlı ayaqqqabını soyunub qoymağa yer axtarırıq, çunki onunla şəhərə-işə gəlmək sadəcə, özünə hörmətsizlikdir Siz cənabların gözüdoymazlığı, yol üçün ayrılan pulları havaya sovurmağınız, cibişdana qoymağınız sayəsində... Sizin də bir gün yolunuz, bəndiniz-bərəniz bağlanar, yolunu bağladıqlarınız tərəfindən yol, Uca Tanrı tərəfindən!
Nəqliyyat Nazirliyindəki, Bakı Şəhər Nəqliyyat Depatamentindəki "cənablar"!
Qobu ötən illər ərzində əhali artımına görə ən azı 3-4 dəfə böyüyüb, 7-8 minlik qəsəbədə indi 20 minə yaxın insan yaşayır, ancaq neçə illərdir bu qəsəbənin cəmi bir marşrutu- (167 (67) var, ona da marşrut demək mümkünsə. Hər gün yaşanan "ölüm tıxacları" bir yandan, 167-nin də əsəb gərən, insanı insanlıqdan edən "yolçuluğu" bir yandan. Hər gün səhər tezdən - 7-nin yarıasından 10-nun yarısına və axşam 5-dən 9-acan bu marşruta minmək, qəsəbədən paytaxta - 20 Yanvara, 20 Yanvardan isə qəsəbəyə qayıtmaq üçün ölüm-dirim savaşı yaşanır, insanlar artıq abır-həyanı bir yana tullayaraq, bir-birinin belində, sallaşa-sallaşa, sürtüşə-sürtüşə gedib-gəlirlər... Marşrutun bu soyuq havada demək olar ki, qapıları bağlanmır...Bu marşrutdan təkcə qobulular istifadə etsəydi, dərd yarıydı... Hökməlidə, Güzdəkdə, Sulutəpədə yaşayanlar da bundan istifadə edirlər...İndi vəziyyəti özünüzü göz önünə gətirin...
Siz də nəqliyyatdan istifadə edirsiniz, amma marşrutdan yox, bahalı inomarkalardan "Cənablar! Həmin inomarkalar bir gün zülm verdiklərinizin ah-naləsi nəticəsində Sizləri rəhmətlik Nəsibə xanım-Cənnət qarı demişkən, çox uzaqlara apara bilər, bunu da unutmayın, bunu da bir kənara yazın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO