Xocalı soyqırımı qurbanlarının anılmasının 30-cu ildönümü münasibətilə İtaliya Senatının mətbuat konfransı zalında “Etiraf yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” mövzusunda konfrans keçirilib.
Bu barədə Bizim.Media-ya Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
İtaliya parlamentinin üzvləri, insan hüquqları təşkilatlarının, akademik və media çevrələrinin nümayəndələrinin iştirak etdiyi tədbir senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunub.
İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərini və şahidi olduğu dağıntıları xatırladaraq sülh və dialoq vaxtının gəldiyini və hazırkı tədbirin bu prosesə böyük töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.
Senator Urania Papatheu Xocalıda baş vermiş hadisələri xatırladaraq orada törədilmiş vəhşiliklərin İtaliyada da soyqırımı cinayəti kimi tanınmalı olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Konfransda çıxış edən İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı, 150 nəfərin itkin düşdüyü, onlarla ailənin bütövlüklə məhv edildiyi, çoxsaylı körpələrin hər iki valideynindən məhrum olduğunu qeyd edib, Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırım cinayəti kimi tövsif edildiyini ifadə edib.
Çıxış edənlər təşəbbüsün Xocalı soyqırımının Ermənistan tərəfindən etirafı, azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqa yardım edilməsi, münaqişə ilə bağlı acı xatirələri aradan qaldıraraq birlikdə Cənubi Qafqazda barışıq və dayanıqlı sülh yollarının tapılması kimi məqsədlərinə nail olmaq üçün Xocalı faciəsinin 30-cu ildönümü ili ərzində davamlı olaraq fəaliyyət göstərəcəklərini bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:17 / 02.03.2022
İtaliyada Xocalı qurbanları belə ANILDI - FOTO
Hazırda oxunan: İtaliyada Xocalı qurbanları belə ANILDI - FOTO
Hazırda oxunan: İtaliyada Xocalı qurbanları belə ANILDI - FOTO
62757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.