Ukraynanın Rusiyaya müqavimətinin 7-ci günü ilə bağlı SON DURUM 

Ukraynanın Rusiyaya müqavimətinin 7-ci günü ilə bağlı SON DURUM 

Hazırda oxunan: Ukraynanın Rusiyaya müqavimətinin 7-ci günü ilə bağlı SON DURUM 

62718

“Ukraynanın Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”.  
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  

“Podolski istiqamətində Rusiya hərbçiləri Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsindən on üç zirehli transportyordan ibarət qüvvələri ilə Qoreniçi, Qostomel, Demidov xətti ilə Kiyev istiqamətində hücumu davam etdirməyə çalışır. İşğalçıların qarşısı Kozelets, Bobrovitsa, Makiyev yaşayış məntəqələri ərazilərində alınıb. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanlarını itirib.

Düşmənin iki zirehli transportyordan ibarət qüvvələri Sumı, Lebedin və Axtırkanı mühasirədə saxlamaq üçün uğursuz cəhdlər edir” – deyə məlumatda qeyd edilib.   

Həmçinin işğalçıların Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatları və dəniz desant əməliyyatı üçün hazırlıqları davam edir.   
Bununla yanaşı mühüm infrastruktur obyektlərinin raket atəşinə məruz qaldığı bildirilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO