Rusiyaya qarşı “cəhənnəm” sanksiyaları tətbiq edən ABŞ hələlik bütün təzyiq variantlarından istifadə etməyib. Bu o deməkdir ki, daha çox sanksiyalar ola bilər.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman “RBK-Ukrayna”ya ABŞ arsenalında Putinə növbəti təzyiq üçün rıçaq kimi istifadə oluna biləcək ciddi sanksiyaların qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Belə tədbirlər mütləq qalıb. Onlarla bağlı müzakirələr aparırıq. Amma sanksiyaların artıq böyük təsiri olub. Rubl ucuzlaşıb və tarixdə ən aşağı səviyyədə ticarət edir. Birja hələ də kapitalın “itməsi” qorxusuna görə bağlıdır. Mərkəzi Bank əsas faiz dərəcəsini iki dəfədən çox artırdış Bu da demək olar ki, 20 ilin ən yüksək göstəricisidir. Rusiya hakimiyyəti rublu dəstəkləmək üçün ixracatçıları valyuta gəlirlərinin ən azı 80 faizini satmağa məcbur edir. S&P Rusiyanın kredit reytinqini aşağı salıb.
Bir çox Amerika şirkəti Rusiyanı tərk edir, baxmayaraq ki, oradakı iş kifayət qədər sərfəli idi. Biz hamımız görürük ki, Putin və Rusiya nə qədər kənara çəkilir. Deməli, sanksiyalar artıq heyrətamiz təsirə malikdir. Amma bəli, daha çox ola bilər”, Şerman əmin edib.
Eyni zamanda, o, mümkün sonrakı sanksiyaların bütün təfərrüatlarını verməkdən imtina edib (düşünür ki, Putinin bunlardan xəbəri olacaq) və əlavə edib ki, “bu hələ hamısı deyil”.
Ukrinform yazır ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Amerika hava məkanını Rusiyanın şəxsi təyyarələri üçün bağladığını rəsmən bəyan edib.
Böyük Britaniyanın Nəqliyyat Nazirliyi Rusiya gəmilərinin Britaniya limanlarına daxil olmasını daha məqsədəuyğun hesab etmir. Bundan başqa, dünyanın müxtəlif ölkələri və aparıcı şirkətlər Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməkdə davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:35 / 02.03.2022
“Rusiyaya qarşı daha ciddi sanksiyaları açıqlamırıq, Putin xəbər tuta bilər” – ABŞ rəsmisi
Hazırda oxunan: “Rusiyaya qarşı daha ciddi sanksiyaları açıqlamırıq, Putin xəbər tuta bilər” – ABŞ rəsmisi
Hazırda oxunan: “Rusiyaya qarşı daha ciddi sanksiyaları açıqlamırıq, Putin xəbər tuta bilər” – ABŞ rəsmisi
62685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.