Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

Hazırda oxunan: Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

62620

Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur:

“Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.

Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib. O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO