Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan kənarlaşdırıldı

Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan kənarlaşdırıldı

Hazırda oxunan: Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan kənarlaşdırıldı

62617

Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası Rusiya və Belarusdan olan konkisürənlərin və rəsmi şəxslərin İSU-nun tədbirlərində və digər beynəlxalq fiqurlu konkisürmə yarışlarında iştirakını qadağan etmək qərarına gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə İSU-nun rəsmi saytında yer alan məlumatda bildirilib.  

“Fiqurlu konkisürmə yarışlarının bütövlüyünü və beynəlxalq turnirlərdə bütün iştirakçıların təhlükəsizliyini qorumaq üçün Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əməl edərək, ISU İdarə Heyəti razılaşdı ki, növbəti xəbərdarlığa qədər Rusiya və Belarusdan  olan heç bir konkisürən beynəlxalq fiqurlu konkisürmə yarışlarına, o cümlədən ISU çempionatına dəvət edilə və ya yarışa buraxıla bilməz” – deyə məlumatda qeyd edilib.  

Bununla yanaşı İSU Şurası Ukraynadakı münaqişədən zərər çəkmiş bütün şəxslərlə həmrəy olduğunu bəyan edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO