Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək

Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək

Hazırda oxunan: Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək

62558

Məşhur türkiyəli aktyor Tuncel Kurtizin xatirəsinə film festivalı təşkil olunacaq.

Bizim.Media türk mediasına istinadla xəbər verir ki, “Qardan bəyaz pərdə” film festivalı martın 2-dən başlayır.

Qeyd edək ki, festivalın ideyası aktyorun özünə aiddir. Ömrünün son günlərində bu barədə dostlarına da danışıb.

Xatırladaq ki, Tuncel Tayanç Kurtiz 1 fevral 1936-cı ildə Kocaelidə dünyaya gəlib.  Haydarpaşa liseyini bitirib, qısa müddət universitetdə hüquq, sonra filologiya, fəlsəfə, psixologiya və incəsənət tarixi üzrə təhsil alıb, lakin heç birini bitirməyib. 

İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlayan sənətçi filmlərdə rol alıb. 
1979-cu ildə çəkilən Gül Həsən filmi ilə rejissorluq debütü edib. Nurettin Sezerlə birlikdə yazdığı Gül Həsən filminin ssenarisi ilə 1981-ci ildə keçirilən Antalya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını qazanıb. Erol Keskin, Hadi Çaman, Erol Günaydın və Hadi Çamanla birlikdə Genar Teatrını qurub. 80-ci illərdə xaricdə yaşamağa başlayıb. 2006-cı ildə Hacı, 2007-ci ildə Asi seriallarında rol alıb. 

2009-cu ilin əvvəlində ekranlara çıxan “Payız sancısı” filmində Kamil Əfəndi obrazını canlandırıb. Elə həmin il yayıma başlayan “Ezel” serialında Ramiz Karaeski obrazını canlandırıb və daha da tanınıb.

2011-ci ilin oktyabrında 48-ci Qızıl Portağal Film Festivalında Ömürlük Şərəf Mükafatını alıb. 
27 sentyabr 2013-cü ildə İstanbulun Etiler səmtindəki evində 77 yaşında vəfat edib.  29 sentyabr 2013-cü ildə Balıkəsirdə Edremit rayonunun Çamlıbel kəndində dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO