500 həmvətənimiz Xarkovdan Lvov şəhərinə yola salındı

500 həmvətənimiz Xarkovdan Lvov şəhərinə yola salındı

Hazırda oxunan: 500 həmvətənimiz Xarkovdan Lvov şəhərinə yola salındı

62557

Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq, Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Martın 1-i səhər saatlarından etibarən 500 həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhədini keçmələrinə kömək göstəriləcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycanın Xarkovdakı fəxri konsulluğu yayıb.

Bildirilib ki, eyni zamanda, Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu Idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılıb.

Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda, konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir, burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verirlər. Azərbaycanın fəxri konsulluğu bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyi xahiş edir.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO