Çex Respublikasında həbsdə olan erməni kriminal avtoritet azadlığa çıxa bilər. ANS PRESS-in məlumatına görə, bu barədə həbsdə olan "Zap" ləqəbli Andranik Soqoyanın vəkili Mahar Vartirosyan saytına bildirib.
Vəkilin verdiyi məlumata görə, Andranik Soqoyanın Praqa ali məhkəməsinə əfv üçün maraciət edib. Lakin onun müraciəti rədd edilib. Buna baxmayaraq, məhkəmə saxlanılan şəxsin həbs müddətinin uzadılmasına da qərar verməyib. Bununla da, kriminal avtoritetin yaxın vaxtlarda azadlığa çıxmaq şansı var.
Qeyd edək ki, Çex Respublikasında axtarışda olan “Zap" ləqəbli Andranik Soqoyan bu ilin oktyabr ayının 30-da Ermənistanın paytaxtı İrəvan şəhərində saxlanılıb. O, ötən ilin fevral ayının 28-də axtarışda olub.


























































































