Kiyevdə futbolçu anası ilə birlikdə rus mərmisindən öldü - FOTO

Kiyevdə futbolçu anası ilə birlikdə rus mərmisindən öldü - FOTO

Hazırda oxunan: Kiyevdə futbolçu anası ilə birlikdə rus mərmisindən öldü - FOTO

62510

Kiyevdə həvəskar Qostomel klubunun futbolçusu Dmitri Martınenko anası ilə birlikdə həlak olub.

Bizim.Media “sport.segodnya.ua” saytına istinadən xəbər verir ki, onların evinə rus mərmisi düşüb.

Bu barədə Kiyev-Svyatoşinsk Regional Futbol Federasiyası “Facebook”da məlumat yayıb.

Dmitri Martınenko Luqansk futbolunun məzunudur. O, Kiyev-Svyatoşinsk rayon çempionatının ikinci liqasının bombardiri və ən yaxşı oyunçusu olub. Yarımmüdafiəçi kimi çıxış edib. Fevralın 22-də onun 25 yaşı tamam olub.
Əvvəllər Kiyev yaxınlığında ruslara qarşı döyüşlərdə “Karpat”ın oyunçusu həlak olub. 2000-ci il təvəllüdlü, Lvov klub məktəbinin yetirməsi Vitali Sapilo tank komandiri olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO