Rusiyanın 64 km uzunluğunda hərbi karvanı Kiyevə doğru gəlir – FOTO

Rusiyanın 64 km uzunluğunda hərbi karvanı Kiyevə doğru gəlir – FOTO

Hazırda oxunan: Rusiyanın 64 km uzunluğunda hərbi karvanı Kiyevə doğru gəlir – FOTO

62493

“Maxar Technologies”in yeni peyk görüntülərində şimaldan Kiyevə yaxınlaşan böyük hərbi karvan (kolon) yer alıb. Yenilənmiş məlumata görə, kolonun  uzunluğu 60 km-dən çoxdur. Onun bir hissəsi artıq Qostomeldəki (Kiyevdən 25 km aralıda) Antonov hava limanının ərazisinə daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzetinin jurnalisti Kristof Kettle yazıb.

ABŞ administrasiyası Maxar tərəfindən yayımlanan, Kiyevin kənarına çatan və uzunluğu 64 km olan Rusiya hərbi karvanını diqqətlə izləyir. Bu barədə informasiyanı CNN telekanalı yayıb. 

Mənbə qeyd edir ki, AĞ Evi kolonun böyüklüyü deyil, mülki əhali arasında baş verəcək itkilər narahat edir.

Ukraynanın şiddətli müqavimətinə təəccüblənən ABŞ rəsmiləri indi vəziyyətin “daha da mürəkkəbləşəcəyindən” qorxurlar”, - deyə telekanal bildirib.

ABŞ Dəniz Təhlili Mərkəzinin (CNA) baş elmi işçisi Maykl Kofman isə hesab edir ki, Rusiya ordusu Ukraynada döyüş taktikasını dəyişəcək. 

"Xarkov ətrafında şiddətli atəşlər istisna olmaqla, Rusiya ordusunun atəşdən istifadəsi məhdud olub. Təəssüf ki, mən bunun dəyişəcəyini düşünürəm. Rusiya ordusu ilk növbədə artilleriya ordusudur və indiyə qədər bundan az istifadə edib”, deyə o, qeyd edib.
Kofman vurğulayıb ki, Rusiya ordusunun əsas hissəsi hələ döyüşə qoşulmayıb, o, Kiyevi tez bir zamanda ələ keçirməyə çalışan Rusiyanın hücumların sayını və təyyarələrdən istifadəni artıracağını proqnozlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO