Kliçko: “Kiyevdə diversantlar zərərsizləşdirilib”

Kliçko: “Kiyevdə diversantlar zərərsizləşdirilib”

Hazırda oxunan: Kliçko: “Kiyevdə diversantlar zərərsizləşdirilib”

62401

Kiyevin meri Vitali Kliçko bildirib ki, Ukraynanın paytaxtı müdafiə xəttini saxlamaqda davam edir.

Bizim.Media korrespondent.net xəbər verir ki, bazar ertəsi, fevralın 28-nə keçən gecə yenidən toqquşmalar və atışmalar olub, bir neçə diversant qrupu zərərsizləşdirilib.

“Hərbçilərimiz, hüquq-mühafizə orqanlarımız və terrorçulara qarşı müdafiə qüvvələrimiz şəhərdə olan təxribatçıları müəyyən edib zərərsizləşdirməyə davam edir.

Paytaxtda istehkamlar qurulur, strateji müəssisə və qurumların ərazisində məhdudlaşdırıcı bloklar yerləşdirilir”, - Kliçko bildirib.

O, həmçinin Kiyev əhalisinin təhlükəsizliyi üçün komendant saatının tətbiq edildiyini xatırladıb və kiyevliləri küçələrə çıxmamağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO