Beyrut partlayışını çəkən fotoqraf öldürüldü

Beyrut partlayışını çəkən fotoqraf öldürüldü

Hazırda oxunan: Beyrut partlayışını çəkən fotoqraf öldürüldü

6237

4 avqustda Beyrut limanındakı partlayış yerində çəkiliş aparan fotoqraf Cozef Bacani dekabrın 21-i naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Livanın “Əl-Cədid” telekanalı məlumat yayıb.

Bildirilib ki, xüsusi xidmət orqanları mərhumun telefonunu izləyərək qətldən bir neçə gün sonra yerini müəyyənləşdirməyə müvəffəq olub.

Daha sonra isə həmin ərazidəki müşahidə kameralarının lentə aldığı videomaterial toplanılıb. İlkin məlumata görə, qətldə iki şəxs iştirak edib. Onlar fotoqrafın avtomobilinə mindiyi anda yaxınlaşaraq atəş açmağa başlayıblar.

Yerli mətbuatın verdiyi məlumata görə, Bacani telekommunikasiya şirkətlərindən birində fotoqraf işləyib və həmçinin bəzi məlumatlara görə, ölkənin təhlükəsizlik xidmətlərindən birində akkreditə olunmuş fotoqraf olub.

“Əl-Hürra” telekanalının xəbərinə görə, Bacani bu yaxınlarda Beyrut limanındakı partlayışın baş verdiyi ərazidə çəkiliş aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO