Azərbaycanlı sürücülərin Ukraynadan təxliyyəsinə başlanıldı

Azərbaycanlı sürücülərin Ukraynadan təxliyyəsinə başlanıldı

Hazırda oxunan: Azərbaycanlı sürücülərin Ukraynadan təxliyyəsinə başlanıldı

62354

Ukraynada azərbaycanlı sürücülərin təxliyyəsinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Bildirilib ki, ilkin məlumatlara görə, Odessada olan 6 yük maşını Moldovaya göndərilib.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyəti qurumları tərəfindən aparılan danışıqlar nəticəsində Odessa limanı ərazisində olan sürücülərin həmin istiqamətdə hərəkət edəcəyi gözlənilir.

Kiyev, Xarkov və Ukraynanın digər vilayətlərində yerləşən sürücülərin təxliyəsi üçün də iş aparılır. Onlarla daimi təmasda olurlar. ABADA rəhbərliyi adından yanacaqla bağlı problem yaşayan bəzi sürücülərin problemi həll olunub”, - deyə assosiasiyadan bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO