Mariupol Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır - RƏSMİ

Mariupol Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır - RƏSMİ

Hazırda oxunan: Mariupol Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır - RƏSMİ

62339

Mariupol şəhəri Ukrayna hərbçilərinin nəzarəti altındadır.

Bizim.Media “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Mariupol şəhər şurası “Facebook”da məlumat yayıb.

Mənbə yazır ki, rus qoşunları şəhərin dinc məhəllələrini və yaxınlıqdakı kəndləri atəşə tutur.

“Mariupol Ukrayna hərbçilərinin nəzarəti altındadır. Mövqe qarşıdurması var. İşğalçılar davamlı atəşə məruz qalan Sartana daxil olublar”, - məlumatda deyilir.

Şəhər şurası xatırladıb ki, dünən, fevralın 27-də Sartan kəndinin sakinləri təhlükəsiz yerə təxliyə edilib.

Şəhərdə elektrik təchizatı dəyişməzdir: Levoberejnı və Kalmiusski rayonlarının küçələrində 188 transformator yarımstansiyası hələ də kəsilib. 41 229 abonent işıqsız qalıb. Atışma səbəbindən şirkətin xətlərə çıxışı yoxdur.

İstilik təchizatı da dayanıb. Metallurgiya zavodunun fəaliyyətinin dayandırılması ilə əlaqədar hazırda 54 yaşayış binası istiliksiz qalıb.

Fevralın 27-dən hərbi əməliyyatlar səbəbindən Mariupolda ictimai nəqliyyatın işi yalnız pik vaxtlarda, yəni saat 6:00-dan 9:00-a qədər və 18:00-dan 21:00-dək təşkil olunub.

İctimai nəqliyyatın işində düzəlişlər edilib: trolleybus və avtobus marşrutlarının hərəkət sxemi qismən dəyişdirilib, tramvay marşrutlarının hərəkəti dayandırılıb.

Fevralın 24-də mer bütün anbarların açılması ilə bağlı göstəriş verib, sığınacaq yerlərinin siyahısı şəhər şurasının saytında və Facebook səhifəsində dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO