2015-ci ildə Ukrayna gözəli seçilən Anastasiya Lenna da silaha sarıldı - FOTO

2015-ci ildə Ukrayna gözəli seçilən Anastasiya Lenna da silaha sarıldı - FOTO

Hazırda oxunan: 2015-ci ildə Ukrayna gözəli seçilən Anastasiya Lenna da silaha sarıldı - FOTO

62246

2015-ci ildə Ukrayna gözəli seçilən Anastasiya Lenna rus ordusuna qarşı vuruşmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, o, bu istəyini həyata keçirmək üçün yüngül hərbi geyimdə  əlində avtomat poz verib.

Xatırladaq ki, Anastasiya Lenna 2015-ci ildə “Miss Grand International” gözəllik yarışında Ukraynanı təmsil edən keçmiş “Ukrayna gözəli”dir.

O, həmçinin aktrisa, teleaparıcı, model, marketoloq və tərcüməçidir. 

Anastasiya Lennanın İnstagramda 75 000 izləyicisi var. Bu yaxınlarda o, Rusiya işğalına qarşı mübarizədə Ukrayna ordusuna qoşulub.

24 yaşlı Anastasiya Lenna Ukraynada anadan olub. Universiteti bitirdikdən sonra ukraynalı gözəlçə Türkiyədə - Bodrum, Ankara və İstanbulda PR meneceri kimi işə düzəlib. Anastasiya 13 yaşında modellik və aktyorluğa başlayıb.

O, 5 il Kiyev Slavistik Universitetində marketinq və menecment üzrə təhsil alıb.

2015-ci ilin "Miss Ukrayna"sı sosial mediada Rusiyanın işğalına qarşı müharibədə Ukrayna ordusuna dəstəyini və iştirakını elan edib və İnstagram səhifəsində "Ukrayna sərhədini işğal etmək niyyəti ilə keçən hər kəs öldürüləcək!" sözlərini yazıb.

Çərşənbə günü işğalın başlanmasından bəri, model Instagram hekayəsində Ukrayna silahlı qüvvələrinə dəstək və ianə tələb edən bir sıra yazılar yazıb. 

O, həmçinin 75 min izləyicisinə “əsl və güclü lider” adlandırdığı Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə vuruşan əsgərləri əks etdirən foto paylaşıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO