Ukraynanın Türkiyədəki səfiri: “Kiyev Rusiya ilə danışıqlardan imtina etmir”

Ukraynanın Türkiyədəki səfiri: “Kiyev Rusiya ilə danışıqlardan imtina etmir”

Hazırda oxunan: Ukraynanın Türkiyədəki səfiri: “Kiyev Rusiya ilə danışıqlardan imtina etmir”

62217

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, Kiyev Rusiya ilə danışıqlardan imtina etmir və hərbi əməliyyatları dayandırmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb. 

Ukraynanın Belarusun Qomel vilayətində danışıqlara dair razılığa gəldiyini, Rusiya nümayəndə heyətinin oraya getdiyini Rusiya prezidentin köməkçisi Vladimir Medinski bir müddət əvvəl bildirib. 

Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ilə Volodimir Zelenski arasında telefon danışığı olub.

"Biz danışıqlardan imtina etmirik, hərbi əməliyyatları dayandırmaq və rus qoşunlarını ərazilərimizdən çıxarmaq istəyirik. Düşünürəm ki, biz buna nail olacağıq". Bodnar Türkiyə telekanalları ilə canlı yayımlanan brifinqdə belə deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər tezdən Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO