Qərbin Putinə qarşı sanksiyasına Tokio da qoşulur – Baş nazirdən AÇIQLAMA

Qərbin Putinə qarşı sanksiyasına Tokio da qoşulur – Baş nazirdən AÇIQLAMA

Hazırda oxunan: Qərbin Putinə qarşı sanksiyasına Tokio da qoşulur – Baş nazirdən AÇIQLAMA

62206

Yaponiyanın baş naziri Fumio Kisida bildirib ki, Yaponiya Rusiya banklarını SWIFT beynəlxalq banklararası sistemdən ayırmaqda Qərb ölkələrinə qoşulacaq.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

"Qərb ölkələrinin bu gün səhər yaydığı bəyanatda deyilir ki, Rusiyanı beynəlxalq maliyyə sistemindən və dünya iqtisadiyyatından təcrid etmək üçün tədbirlər görüləcək, o cümlədən Rusiya bankları SWIFT-dən ayrılacaq. Yaponiya da bu səylərə qoşulacaq", deyə o, qeyd edib.

Baş nazir həmçinin vurğulayıb ki, Qərbdən sonra Tokio da Putinə qarşı sanksiya tətbiq edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO